Ordubadda qaya uçdu - Qaz xətləri sıradan çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Ordubadda qaya uçdu - Qaz xətləri sıradan çıxdı

Sosial

16 Aprel 2026 10:32 230


Güclü yağışlar nəticəsində Ordubad rayonunun Pəzməri kənd avtomobil yolunun 24-cü kilometrliyində yolun hərəkət hissəsinə qaya parçaları tökülüb.

"Yeni Sabah" müxbiri xəbər verir ki, yolda hərəkət məhdudlaşdırılıb, infrastruktura ciddi ziyan dəyib, ərazidən keçən qaz xətləri sıradan çıxıb.

Hazırda ərazidə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmizləmə və bərpa işləri aparılır. pizza

Yolun bir istiqaməti nəqliyyat vasitələrinin hərəkəti üçün artıq açıqdır. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!