Ordubadın yeni icra başçısı kimdir? - DOSYE

saytların hazırlanması

Evə çatdırılma

Ordubadın yeni icra başçısı kimdir? - DOSYE

Siyasət

05 Avqust 2023 13:48 1542


Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Yenisabah.az Trend-ə istinadla xəbər verir ki, Sərəncamla bu vəzifəyə Rəcəb Zakir oğlu Rəhimli təyin edilib.

Rəcəb Rəhimli Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiridir. Dominos pizza

O, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosentdir.

Rəcəb Rəhimli bakalavr təhsilini Türkiyənin Qazi Universitetinin İqtisadiyyat və idarəetmə elmləri fakültəsində alıb. O, bakalavr üzrə "Dövlət idarəçiliyi" ixtisasını bitirib.

R.Rəhimli magistratura təhsilini də eyni universitetdə həmin ixtisas üzrə bitirib.

O, Ankara Universitetinin Siyasət elmləri fakültəsində siyasət elmi və dövlət idarəçiliyi ixtisası üzrə doktorantura təhsili də alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!