Orduda könüllü xidmət etmək istəyənlərin sayı 23 500-ü keçdi

saytların hazırlanması

Evə çatdırılma

Orduda könüllü xidmət etmək istəyənlərin sayı 23 500-ü keçdi

Xalqın səsi

18 İyul 2020 14:52 1358


Könüllü olaraq orduda xidmət etmək istəyən vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciətləri davam edir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 23 500-dən çox vətəndaş bu günədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə elektron qaydada, həmçinin qurumun qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaşlarımıza göstərdikləri yüksək vətənpərvərliyə görə bir daha təşəkkürünü bildirir və Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını almaq, insanların sağlamlıq təhlükəsizliyinə və karantin rejiminin tələblərinə riayət etmək məqsədilə müəyyən olunmuş qaydalara əməl olunması üçün vətəndaşlara öz müraciətlərini qeydiyyatda olduqları idarə, şöbə və ya bölməyə gəlmədən www.seferberlik.gov.az saytından “Könüllü olaraq orduda xidmət etmək üçün qeydiyyat” - https://exidmet.seferberlik.gov.az/Volunteer/Service - elektron xidməti vasitəsilə həyata keçirmələrini tövsiyə edir. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!