Ordumuz “azad artsax sizi salamlayır” nişanını sökdü - Foto

saytların hazırlanması

Evə çatdırılma

Ordumuz “azad artsax sizi salamlayır” nişanını sökdü - Foto

Siyasət

31 Mart 2023 18:48 3353


Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində, rus sülhməramlıların məsuliyyət zonasında məskunlaşan separatçıların uzun illərdir fəxrlə “abidə” adlandırdıqları, “göz bəbəyi kimi” qoruduqları “azad artsax sizi salamlayır” nişanı sökülüb.

Yenisabah.az xəbər verir ki, bu barədə ermənişünas İsmayıl Tanrıverdi məlumat yayıb.

O bildirib ki, Ermənistandan Laçın yoluna girərkən qoyulan bu yol nişanı və ətraf ərazilər artıq Ordumuzun nəzarətindədir. Sezar pizza

Qeyd edək ki, Ordumuz yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar sözügedən rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş ərazini nəzarətə götürüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!