Ordumuz bu istiqamətdə geri çəkilib?

saytların hazırlanması

Evə çatdırılma

Ordumuz bu istiqamətdə geri çəkilib?

Siyasət

06 İyun 2023 20:31 3441


Qərbi Zəngəzur vilayətinin qubernatoru Robert Qukasyan bu gün mediaya açıqlamasında Azərbaycan Ordusunun “bəzi yerlərdə geri çəkildiyini” iddia edib. O bildirib ki, delimitasiya prosesi başlamasa da, bəzi ərazilərdə Azərbaycan Ordusu “geri addım atıb”.

Hərbi mənbələrdən Axar.az-a bildirilib ki, Qukasyanın bu açıqlaması tamamilə cəfəngiyyatdır.

“Ordumuzun geri çəkilməsi üçün heç bir səbəb və zərurət yoxdur və belə bir tapşırıq da verilməyib. Azərbaycan Ordusu ölkəmizin şərti sərhədlərində tutduğu mövqeləri qoruyur və bir santimetr də güzəştə gedilməsi müzakirə mövzusu belə deyil”, - mənbə vurğulayıb. Sezar pizza

Qeyd edilib ki, Ermənistanla sərhəddə bəzi mövqelər Dövlət Sərhəd Xidmətinə təhvil verilib:

“Dövlət sərhədini Sərhəd Xidməti qorumalıdır. Ancaq Ermənistanla sülh sazişinin imzalanmadığını nəzərə alaraq, o istiqamətdə strateji mövqelərin hamısı Ordumuzun nəzarətindədir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!