Ordumuz Laçına girsin, gözləyə bilmərik…

saytların hazırlanması

Evə çatdırılma

Ordumuz Laçına girsin, gözləyə bilmərik…

Siyasət

16 Avqust 2022 22:30 980


Erməni terrorçularının Laçında minalar basdırdığı faktı şəhəri tərk etmələri üçün verilən vaxtın Kəlbəcərdə və digər ərazilərdə olduğu kimi əleyhimizə işlədiyini təsdiq edir: minaların piyada əleyhinə olması da göstərir ki, hədəf Laçına qayıdacaq mülki azərbaycanlılardır.

Yenisabah.az xəbər verir ki, bunu siyasi təhlilçi Asif Nərimanlı deyib.

Onun fikirincə, evlər və meşələrin yandırılması ermənilərin bölgəni sakit tərk etmək niyyətində olmadığını təsdiqləyir: Marqarita pizza

"Heç kim zəmanət verə bilməz ki, kompensasiya almaq üçün yandırılmayan evlərə “sürpriz mina”lar qoyulmayacaq.

Bunların qarşısını müəyyən qədər almaq üçün nələrsə edilməlidir:

- Minaların basdırıldığı faktını əsas götürərək, çıxarılma prosesini Azərbaycan Ordusunun müşayiət etməsi tələbi irəli sürülə bilər;

- Elektrik enerjisinin dayandırılması tarixi irəli çəkilə bilər: məlumatlara görə, Laçın şəhəri və Zabuxda qalan ermənilərə avqustun 20-dən sonra elektrik enerjisinin dayandırılacağı deyilib, bunu daha tez etmək ermənilərin çıxmasını sürətləndirər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!