Xəbər verdiyimiz kimi Azərbaycan Ordusu martın 11-dən 15-dək genişmiqyaslı təlimlər keçirəcək. Təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.
Bu barədə “Yeni Sabah”a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, bu geniş miqyaslı hərbi təlimlər Ermənistan rəhbərliyinin son günlər Qarabağ danışıqlarından yayınmaq və provokativ bəyanatlarına mesajdır:
“Artıq, Yerevanın danışıqlarda deustruktiv siyasəti Azərbaycanın hərbi müstəvidə fəallaşmasına gətirir, bu da cəbhədə Ermənistan orudusuna lokal zərbələrlə müşaiyət oluna bilər. Bununla da bir neçə ay davam edən cəbhədə nisbi sakitliyə səbəb olan Düşənbə razılaşmasının sona çatması deməkdir. Göründüyü kimi, danışıqlar prosesində irəliləyiş üçün Paşinyan siyasi iradə göstərə bilmir. Ermənistan daxilində siyasi və ictimai dairələrdə bu təlimlərdən nəticə götürməlidir. Çünki daxili qüvvələr hakimiyyətin ötən ilin sonlarında Azərbaycanla konusturiktiv danışıqlarına ciddi təzyiq etdilər. Proseslər dalana dirəndi”. pizza mizza
Politoloq qeyd edib ki, Paşinyanın inqilabdan sonra inkişaf gözləntiləri Qarabağ münaqişəsi həll edilmədən mümkün olmayacaq:
“Bunu da özü yaxşı bilir. Ordumuzun bundan sonrakı fəaliyyəti ilə kordinasiyalı şəkildə diplomatiyamızda fəal olmalıdır. Artıq Ermənistan rəhbərliyi ilə danışıqlar təzyiq altında keçirilməlidir. Naxçıvan istiqamətində də Əlahiddə Ümumqoşun birləşmənin təlimləri də analoji prosesin tərkib hissəsidir. Qeyd edim ki, Ermənistan baş naziri Nikol Paşinyanla prezident İlham Əliyevin görüşü gözlənilir. Görüş öncəsi, ordumuzun təlimləri masada güc və diplomatiyanın bir yerdə olduğunu artıq Paşinyana göstərməkdir. Yerevandan verilən açıqlamalardan görünür ki, Azərbaycanın son variantı yalnız, hərbi təzyiq ssenarisini işə salmaqdır.
Çox maraqlı fakt ondan ibarətdir ki, son 5 il ərzində Ermənistan rəhbərliyi Qarabağda tikintini işlərini genişləndirib. Əvvəlki illərdə Ermənistan rəhbərliyi buna getməyə cürət etmirdi. Görünür, Ermənistan rəbərliyi o qədər arxayın olub ki, Qarabağda məskunlaşma siyasəti və infrasturuktur qurur. Hesab edirəm ki, bunun qarşısı mümkün vasitələrlə alınmalıdır”.
Telegram kanalımız