Ortaq Monitorinq Mərkəzinin qurulması ilə bağlı saziş imzalanıb

saytların hazırlanması

Evə çatdırılma

Ortaq Monitorinq Mərkəzinin qurulması ilə bağlı saziş imzalanıb

Siyasət

01 Dekabr 2020 12:11 849


Rusiya-Türkiyə Ortaq Monitorinq Mərkəzinin qurulması ilə bağlı saziş imzalanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bəyanat verib.

Qeyd olunur ki, noyabrın 11-də Türkiyə və Rusiya müdafiə nazirləri Hulusi Akar və Sergey Şoyqu arasında razılaşmanın layihəsi onlayn formatda imzalanmışdı. pizza sifarişi

Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin fəaliyyəti ilə əlaqədar texniki detalların müzakirəsi başa çatdıqdan sonra yekun razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün işlər aparılır.

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasında əldə edilən üçtərəfli bəyanatdan sonra Azərbaycanın müəyyənləşdirəcəyi yerdə Türkiyənin Rusiya ilə birlikdə Birgə Monitorinq Mərkəzinin qurulması qərara alınmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!