Oruc tutmayanlar elə bilirdi oruc tutanlar bir dana yeyir...

saytların hazırlanması

Evə çatdırılma

Oruc tutmayanlar elə bilirdi oruc tutanlar bir dana yeyir...

Yazar

10 Aprel 2024 11:09 13426


Azərbaycan ən mütərəqqi ideyaların dəfn olunduğu məkandır. "Qəbirqazan" özgəsi deyil, özümüzük. Qazırıq, basdırırıq, üstünü də torpaqlayırıq. Ki, bir də geri qayıtmasın...

Sosial-demokratiya kimi ümumbəşəri bir ideyanı dəfn edəndən bəri gələcəyimizdən çox bədbinəm.

Başa vurduğumuz müqəddəs Ramazan ayı bu dəfə də yersiz höcətləşmələrlə yadda qaldı. Hansı ki, bəyənmədiyimiz bədəvi ərəblər belə Ramazan ayında silahı yerə qoyurdular. Amma bəzi dostlarımız, həmkarlarımız, sosial şəbəkələrdən tanıdıqlarımız qələmi yerə qoymadılar. Qanımızı axıtmasalar da, əməlli-başlı qaraltdılar... Sezar pizza

Bilirsiniz, diqqətimi ən çox cəlb edən nə oldu? Oruc tutmayanlar oruc tutanların qida rasionu ilə bağlı ağlasığmaz fərziyyələr irəli sürürdülər. Oruc tutmayan bəzi dostlarımız elə bilirdilər ki, oruc tutanlar hər dəfə iftar süfrəsində bir dana yeyirlər. Üstündən də 50 şəkərbura, 40 paxlava, bir samovar da çay...

Müqəddəs Ramazan ayı başa çatdığı üçün yazmaq olar: Mən iftarda bir kasa şorba, üstündən də bir boşqab ev yeməyi yeyirdim. Başqalarını deyə bilmirəm, amma bizim evdə hər gün ət yeməyi bişmir. Ailəmizin təməli əvvəldən belə qoyulub: Allahın verdiyi neməti heç vaxt müzakirə etməmişik. Əksinə, həmişə şükür etmişik...

Biz hüquqi dövlətdə yaşayırıq. Tolerantlıq alın yazımızdır. Min illərdi irili-xırdalı neçə xalq bu torpaqlarda qardaş, sirdaş kimi yaşayır. Köklərimiz tarixin alt qatına qədər uzanır. Bu ənənəni nəsildən-nəsilə ötürməliyik...

Bayram küsülülərin barışması üçün bir vəsilədir. Bayram umu-küsünü unutmaq üçün bir fürsətdir. Bu əziz gündə bir-birimizə daş atmayaq, qucaq açaq.

Bayramınız mübarək əziz bacı və qardaşlar!

Bayramınız mübarək yediyimiz bir kasa şorbanı bir dana qiyafəsində görən əziz yoldaşlar!

Siz bizi istədiyiniz qiyafədə görə bilərsiniz. Amma mən sizi heç vaxt xor görmürəm. Çünki həyatın müvəqqəti olduğunu, dünyada ancaq yaxşı əməllərin qaldığını görürəm...

Seymur VERDİZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!