Orucu nə pozur?   - Cavab

saytların hazırlanması

Evə çatdırılma

Orucu nə pozur? - Cavab

Din

24 Aprel 2020 15:53 3261


Bu gün müqəddəs Ramazan ayının ilk imsakı edildi. Bəs bu müqəddəs ayda oruc tutarkən hansı şərtlərə əməl etmək lazımdır? 

Yenisabah.az xəbər verir ki, bu haqda məlumatı Türkiyənin Dəyanət İşləri Başqanlığı rəsmi internet saytına yerləşdirib. 

Orucu nələr pozur? Dominos pizza

Yeyib-içmək. İstər az, istərsə çox, istər bərk, istərsə maye, istər yeyilən, istərsə yeyilməyən (hətta zərərli) hər hansı qidanı qəbul etmək orucu pozar. Diqqət yetirin ki, dişlərin dibində qalmış yemək qırıntılarını da udmaq olmaz. İstər kişi, istərsə də qadın cinsi əlaqədə olarsa, tutduğu oruc pozular. Hər cür qatı toz və tüstünü udmaq. Məsələn, narın un tozu, siqaret, qəlyan tüstüsü, su udmaq qadağandır. Dərman qəbul etmək, sakitləşdirici və bu kimi iynələr vurmaq orucu pozur. (İbn Âbidîn, Reddü'l-muhtâr, III, 386-387) 

Unutmaq orucu pozurmu? 

Əgər oruc tutan kəs bir şeyi səhvən yesə, ya içsə, orucu batil olmaz. Çünki peyğəmbər (s.a.v.): “Kim oruc ola-ola oruc tutduğunu unudub nəsə yesə və yaxud içsə, öz orucunu pozmayıb tamamlasın. Çünki onu Allah yedirdib içirtmişdir” ((Buxari, Savm, 26; Müslim, Siyam, 33/1155.)) – deyə buyurmuşdur. Əgər oruc tutan şəxs səhvən nə isə yeyərsə, fərqinə vardanda ağzındakı tikəni bayıra çıxarmalıdır. Əgər bir nəfər, belə bir vəziyyətdə tikəni bayıra çıxarmayıb onu udsa, orucu batil olur və kəffarə verməlidir. (Merğînânî, el-Hidâye, II, 253-254).

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!