“Orucu pozan əməllərdən biri də yalan danışmaqdır“  - İlahiyyatçı-deputat

“Orucu pozan əməllərdən biri də yalan danışmaqdır“ - İlahiyyatçı-deputat

Din

10 Aprel 2022 11:36 1166


"Orucu pozan əməllərdən biri də yalan danışmaqdır. Məhəmməd Peyğəmbər buyurub: "Kim yalan danışmaqdan və bu yalana əməl etməkdən əl çəkməsə, yeməyini və içməyini tərk etməsinə Allahın ehtiyacı yoxdur".

Yenisabah.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, ilahiyyatçı-alim Ceyhun Məmmədov deyib.  

Qeyd edib ki, İslam ibadətlərinin əsas məqsədlərindən biri insanların mənən saflaşması və paklaşmasıdır: "Oruc yalnız mədə ilə deyil, əməllə də tutulmalıdır. Yuxarıda da qeyd olunduğu kimi, əgər bir insan oruc tutursa, ancaq bu onun əməllərində özünü göstərmirsə onun bütün günü ac qalmasına Allahın ehtiyacı yoxdur. Allah bütün oruc və duaları qəbul etsin". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!