Osimenin zədəsi “Qalatasaray”lı azarkeşləri qorxutdu

saytların hazırlanması

Evə çatdırılma

Osimenin zədəsi “Qalatasaray”lı azarkeşləri qorxutdu

İdman

17 Noyabr 2025 17:57 706


“Qalatasaray”ın ulduz futbolçusu Viktor Osimen DÇ-2026-nın pley-off mərhələsinin finalında Nigeriya millisinin Konqo Demokratik Respublikası ilə oyunu zamanı zədələnərək, meydanı göz yaşları içində tərk edib.

“Yeni Sabah” xəbər verir ki, nigeriyalı menecer Erik Çelle Osimenin ayağının arxasındakı narahatlıq səbəbindən fasilədə əvəzləndiyini bildirib.

"Qalatasaray" azarkeşlərinin səbirsizliklə xəbər gözlədiyi Osimenlə bağlı sosial mediada açıqlama yayılıb. Marqarita pizza

Osimenin yaxın dostu Buchi Laba deyib ki, futbolçu lazımi müayinə və tibbi yardım üçün ən qısa zamanda İstanbula dönəcək. İlkin əlamətlər zədənin ciddi olmadığını göstərir.

Ulduz futbolçunun qarşıdakı matçlara çıxıb-çıxmayacağına İstanbuldakı müayinələrdən sonra qərar veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!