Ötən ay 6 nəfər zəhərlənmədən ölüb -   RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Ötən ay 6 nəfər zəhərlənmədən ölüb - RƏSMİ

Sağlamlıq

02 Mart 2026 10:20 564


Bu ilin fevral ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 88 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbilə hospitalizasiya olunub.

Bu barədə “Yeni Sabah”a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.  

Bildirilib ki, vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 82 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar. Dördpendirli pizza

Pasiyentlərdən 33 nəfər dərman preparatlarından, 4 nəfər siçan dərmanından (rodentisid), 23 nəfər sirkə turşusundan, 1 nəfər həlledici məhlullardan, 3 nəfər yandırıcı məhlullardan, 4 nəfər allergik reaksiyalardan, 3 nəfər spirtli içkidən, 15 nəfər dəm qazından, 1 nəfər anafilaktik şokdan, 1 nəfər isə fosfor üzvi birləşmədən zəhərlənmə səbəbilə müalicəyə cəlb olunub.

Tibbi personal tərəfindən bütün pasiyentlərə ixtisaslaşmış toksikoloji yardım, həmçinin intensiv terapiya və detoksikasiya tədbirləri tətbiq olunub.

Məlumata görə, aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, təəssüf ki, 6 nəfərin (kişi) həyatını xilas etmək mümkün olmayıb.

Ölüm hallarının əsas səbəbləri dərman, spirtli içki və sirkə turşusu ilə zəhərlənmə nəticəsində yaranmış toksik vəziyyət olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!