KTM: Ötən ay 85 nəfər zəhərlənib, 4-ü ölüb

saytların hazırlanması

Evə çatdırılma

KTM: Ötən ay 85 nəfər zəhərlənib, 4-ü ölüb

Sağlamlıq

02 Fevral 2026 11:30 486


Bu ilin yanvar ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 85 nəfər müxtəlif mənşəli zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunub.

Bu barədə “Yeni Sabah”a mərkəzdən məlumat verilib. 

Vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 81 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar. Dördpendirli pizza

Pasiyentlərdən 27 nəfər dərman preparatlarından, 2 nəfər siçan dərmanından (rodentisid), 29 nəfəriş sirkə turşusundan, 1 nəfər kimyəvi məhlullardan, 2 nəfər allergik reaksiyalardan, 2 nəfər spirtli içkidən, 21 nəfər dəm qazından, 1 nəfər isə inqalyasion zəhərlənmə səbəbi ilə müalicəyə cəlb olunub.

Tibbi personal tərəfindən bütün pasiyentlərə ixtisaslaşmış toksikoloji yardım, intensiv terapiya, reanimasiya və detoksikasiya tədbirləri tətbiq olunub.

Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, təəssüf ki, 4 nəfərin (1 qadın və 3 kişi) həyatını xilas etmək mümkün olmayıb.

Ölüm hallarının əsas səbəbləri dəm qazı və sirkə turşusu ilə zəhərlənmə nəticəsində yaranmış toksik vəziyyət olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!