Ötən gün 40 nəfər saxlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Ötən gün 40 nəfər saxlanılıb

Kriminal

08 Fevral 2019 15:44 904


2019-cu il fevralın ayının 7-dən 8-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.       

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Yeni Sabah"a verilən məlumata görə,  Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 26 cinayətin  üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 31 cinayətin açılması təmin olunub.    pizza sifarişi

Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 1 nəfər xəsarət alıb.  

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!