Ötən gün 8 588 nəfər peyvənd olunub

Ötən gün 8 588 nəfər peyvənd olunub


Azərbaycanda son sutkada koronavirus əleyhinə 8 588 vaksin vurulub. 

Bu barədə "Yeni Sabah"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 629, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 717, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 6744, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 498 nəfərdir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 532 020, birinci doza peyvəndlərin ümumi sayı 5 329 879, ikinci doza vaksinlərin sayı 4 831 462 təşkil edib.

Üç və daha çox doza vaksinlərin sayı 3 137 947, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 232 732 olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!