Ötən gün baş verən qətlin TƏFƏRRÜATI - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Ötən gün baş verən qətlin TƏFƏRRÜATI - VİDEO

Kriminal

23 Dekabr 2024 23:48 904


Ağstafada ötən gün törədilmiş qətlin təfərrüatı məlum olub.

Yenisabah.az Xəzər TV-yə istinadən xəbər verir ki, rayonun Vurğun qəsəbə sakini, 23 yaşlı Valeh Qədimov həyat yoldaşı 19 yaşlı Mədinə Qədimovanı qətlə yetirməkdə şübhəli bilinir.

Mədinə Qədimovanın valideynləri bildiriblər ki, ər-arvad arasında əvvəllər də münaqişələr olub. Sezar pizza

Valeh isə ailəsi ilə barışmaq üçün tez-tez qayınatasıgilə gedib.

Mərhumun yaxınlarının iddialarına görə, Valeh Qədimov qayınanasıgili nişan mərasiminə apardıqdan sonra evə qayıdıb. Bu dəfə o, evdə heç kimin olmadığı vaxt hadisəni törədib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!