Ötən həftə dünyada yeni xəstəlik halları aşkarlanıb

saytların hazırlanması

Evə çatdırılma

Ötən həftə dünyada yeni xəstəlik halları aşkarlanıb

Sağlamlıq

12 Sentyabr 2025 11:59 434


Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi ( AQTA) həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən  Yenisabah.az verilən məlumata görə, sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə AQTA-nın şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsasında epizootik vəziyyətlə bağlı son məlumatları təqdim edib.

Bildirib ki, ötən həftə ərzində dünya üzrə blutanq, dabaq, xırdabuynuzlu heyvanların çiçək xəstəliyi və yüksək patogen quş qripi ilə bağlı yeni xəstəlik halları aşkar olunub. Monqolustanın Dornod vilayətində dabaq xəstəliyi, Sloveniyanın Cənub-Şərqi Sloveniya, Mərkəzi Sloveniya, Aşağı Posavska, Zasavska regionlarında, Bolqarıstanın Sofiya, Qabrovo vilayətlərində blutanq xəstəliyi, Yunanıstanın Epir və Qərbi Makedoniya inzibati ərazi vahidində, Liviyanın Tripoli dairəsində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Portuqaliyanın Santarem dairəsində, İspaniyanın Andalusiya muxtar icmasında, Norveçin Nurlann bölgəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!