Ədliyyə Nazirliyində geniş müşavirə keçirilib.
“Yeni Sabah” xəbər verir ki, ədliyyə nazirinin müavini Vilayət Zahirov “Azərbaycan Respublikasının İcra Məcəlləsi”nin layihəsinin hazırlanması üzrə İcra baş idarəsində yaradılmış işçi qrupu tərəfindən qısa müddətdə əldə edilmiş nəticələrdən danışıb.
Sonra İcra baş idarəsinin rəisi – baş icra məmuru Nurəddin Mustafayev, Probasiya xidmətinin rəisi - baş probasiya məmuru Akşin Ziyadov və İstintaq idarəsinin rəisi Zakir Qafarov hesabat məruzəsi ilə çıxış ediblər. Dördpendirli pizza
Bildirilib ki, 2018-ci ildə icra qurumlarına daxil olan icra işlərinin sayı 873 minə çatıb, onlardan 450 mindən çoxunun icrası təmin edilib, qalan işlərin icrası üzrə tədbirlər davam etdirilir. Görülən tədbirlər nəticəsində hüquqi və fiziki şəxslərə əvvəlki illə müqayisədə 2 dəfədən artıq – 1.1 milyard manatdan çox vəsait ödətdirilib.
Məhkəmə qərarlarının icrasından qərəzli boyun qaçıran 6.775 şəxs inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 2.913 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 446 şəxs barəsində cinayət işi başlanılıb. Ölkədən getmək hüquqi müvəqqəti məhdudlaşdırılan belə şəxslərdən 4.885 nəfərin isə məhkəmə qərarını icra etdiklərinə görə üzərlərindən məhdudiyyət götürülüb.
Diqqətə çatdırılıb ki, yerli probasiya qurumlarının qeydiyyatında olan məhkumların təxminən yarısı - 10.182 nəfər ötən il cəza müddətinin başa çatması, təyin olunmuş cəzanın tam icra olunması ilə əlaqədar və ya qanunla müəyyən edilmiş digər əsaslarla qeydiyyatdan çıxarılıb. Cəzanın icrasından boyun qaçıran 527 məhkumun cəzası məhkəmələr tərəfindən digər cəza növü, o cümlədən 46 nəfərin cəzası azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib.
2018-ci ildə azadlıqdan məhrumetməyə alternativ cəzalara, o cümlədən azadlığın məhdudlaşdırılması cəza növünə məhkum olunmuş 605 şəxsə elektron qolbaq tətbiq edilib, cəza müddəti bitən və digər qanuni əsaslara görə məhkumlardan isə qolbaqlar çıxarılıb.
2018-ci il ərzində məhkəmənin qərarlarına əsasən 1.030 şəxs ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrasına cəlb edilib, onlardan 603-ü ictimai işlərin müddətinin başa çatması ilə əlaqədar qeydiyyatdan çıxarılıb. Cərimə və islah işləri cəzalarının icrası ilə bağlı dövlət büdcəsinə ödənilən vəsaitin məbləği 70 faiz artaraq 2.5 milyon manatı ötüb.
Cinayət Məcəlləsində bir çox əməllərin dekriminallaşdırılması nəticəsində probasiya xidmətinin qeydiyyatında olan 1200-dən çox şəxs məhkəmələr tərəfindən cəza çəkməkdən azad edilib və ya cəza müddəti azaldılıb.
Hesabat dövründə nazirliyin İstintaq idarəsinin icraatında olmuş 1.078 cinayət işinin 673-nün ibtidai istintaqı tamamlanıb, onlardan 276-sı alimentin ödənilməsindən qərəzli şəkildə boyun qaçıran şəxslərlə bağlı olub. Fiziki və hüquqi şəxslərə vurulmuş 1.9 milyon manatdan çox vəsaitin istintaq zamanı ödətdirilməsinə nail olunub.
Telegram kanalımız