Ötən il Azərbaycan iqtisadiyyatı 1,4 faiz artıb - DSK

saytların hazırlanması

Evə çatdırılma

Ötən il Azərbaycan iqtisadiyyatı 1,4 faiz artıb - DSK

İqtisadiyyat

19 Yanvar 2026 10:27 345


2025-ci ildə ölkədə 129,1 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul istehsal olunub.

"Yeni Sabah" Dövlət Statistika Komitəsinə (DSK) istinadla xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 2,7 faiz artıb.

ÜDM istehsalının 33 faizi sənaye, 11,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,5 faizi tikinti, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,1 faizi informasiya və rabitə sahələrinin, 21,7 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 faizini təşkil edib. Sezar pizza

Əhalinin hər nəfərinə düşən ÜDM 12602,2 manata bərabər olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!