Ötən il Azərbaycanda mobil operatorların gəlirləri 1,3 milyard manata yaxınlaşıb

saytların hazırlanması

Evə çatdırılma

Ötən il Azərbaycanda mobil operatorların gəlirləri 1,3 milyard manata yaxınlaşıb

Rəqəmsal

31 Yanvar 2026 19:55 1081


Ötən il Azərbaycanda informasiya və rabitə sektorunda göstərilən xidmətlərin dəyəri 3 milyard 989 milyon manat olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, xidmətlərin 69.2 faizi əhali sektorunu əhatə edib. Pepperoni pizza

2025-ci ildə göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi 2024-cü illə müqayisədə 8.7 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 82.8 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 32.4 faizi və ya 1 milyard 290.9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!