Ötən il dünyada 580 nəfər edam olunub - Hesabat

saytların hazırlanması

Evə çatdırılma

Ötən il dünyada 580 nəfər edam olunub - Hesabat

Dünya

24 May 2022 16:47 788


Koronavirusa görə dayandırılan məhkəmə prosesləri və edamların bərpası fonunda ötən il dünyada edamların sayı 2020-ci illə müqayisədə 20% artıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Amnesty International” hesabat yayıb.

Hesabatda deyilir: “İllik sorğuya əsasən, təkcə 2021-ci ildə 18 ölkədə ən azı 579 nəfər edam edilib. Müqayisə üçün qeyd edək: Bir il əvvəl 483 nəfər edam edilib ki, bu da son 10 ilin ən aşağı göstəricisidir”. pizza sifarişi

Çin dünyada ən çox edamın icra olunduğu ölkədir. “Amnesty International” vurğulayır ki, Çində ölüm hökmlərinin icrası ilə bağlı təsdiqlənmiş məlumat yoxdur, çünki bu məlumat dövlət sirridir. Eyni zamanda hesabatda əvvəlki illərdə olduğu kimi Çində ölənlərin sayının minlərlə olduğu söylənilir.

“KXDR və Vyetnamda edam edilənlərin sayı barədə də etibarlı məlumat yoxdur. Edamlarla bağlı məlumatların etibarlılığının yoxlanıla biləcəyi ölkələr arasında İran ölüm hökmlərinin icrasında lider olub. Hüquq müdafiəçilərinin məlumatına görə, bu ölkədə 314 nəfər edam edilib ki, 2020-ci ildə bu rəqəm 246 idi.

Bu, 2017-ci ildən bəri ən yüksək göstəricidir və artıma səbəb narkotiklərlə bağlı cinayətlərə görə ən yüksək cəzanın daha tez-tez tətbiq edilməsidir”.

Qurumun məlumatına görə, Misir ikinci yerdədir (83-dən çox). 2021-ci ilə qədər edam edilənlərin sayı iki dəfə artaraq 65-ə çatan Səudiyyə Ərəbistanı isə üçüncü yeri tutur. Ondan sonra Suriya (24-dən çox), Somali (21-dən çox), İraq (17-dən çox), Yəmən (14-dən çox), ABŞ (11), Cənubi Sudan (9-dan çox), Banqladeş (5), Botsvana (3), Yaponiya (3), Belarus (ən azı 1), Birləşmiş Ərəb Əmirlikləri (ən azı 1) növbəti pillələri bölüşürlər.

 

Ответить


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!