Ötən il meşələrdən 60 ton meyvə yığılıb

saytların hazırlanması

Evə çatdırılma

Ötən il meşələrdən 60 ton meyvə yığılıb

Sosial

06 Fevral 2019 16:42 857


Ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti Azərbaycanın 42,3 min hektar meşə fondu torpaqlarına xidmət göstərib, o cümlədən 10,2 min hektarda meşəbərpa tədbirləri aparılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib. 

Görülən tədbirlər çərçivəsində 2,5 min hektar sahədə yeni meşə ağacları əkilib, o cümlədən 36,1 hektar sahədə meyvə, ağac və kol cinslərinin toxumları səpilib və 7,7 min hektar sahədə meşələrin təbii bərpasına kömək tədbirləri həyata keçirilib.  Marqarita pizza

Ümumilikdə 2018-ci ildə meşə ilə örtülü sahələrdən 59,7 ton meyvə, ağac və kol cinsləri toxumları tədarük edilib ki, bunların da 14,5 tonu qoz, 3,1 tonu şabalıd, 2,5 tonu ərik, 1,7 tonu badam, 1,2 tonu şaftalı, 0,5 tonu gilas, 0,3 tonu xurma, 0,1 tonu fındıq toxumlarının payına düşüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!