2018-ci ildə yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2017-ci ilə nisbətən 1,3 faiz artaraq 3409,7 min olub.
“Yeni Sabah” xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, xətaların 49,6 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 14,1 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 10,9 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 9,1 faizi dayanma və ya durma qaydalarının pozulması, 4,0 faizi icbari sığorta müqaviləsinin bağlanmaması, 3,1 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.
Ötən il qaydaların pozulmasına görə 85,6 milyon manat məbləğində cərimələr tətbiq edilib. Sezar pizza
Telegram kanalımız