Ovannisyandan şok: Əliyev bizə şans verdi - Video

saytların hazırlanması

Evə çatdırılma

Ovannisyandan şok: Əliyev bizə şans verdi - Video

Siyasət

10 Oktyabr 2022 16:51 2758


Erməni xalqının Mərkəzi Seçki Komissiyası İlham Əliyevdir. O, bizə yenə şans verdi, qarşımıza seçim qoydu.

Axar.az xəbər verir ki, bu fikirləri İrəvan telekanalanın “İcmal” verilişinin efiri zamanı tanınmış erməni siyasətçi Vahe Ovannisyan bildirib.

“Ermənistanda seçkilər başlayıb. Bu barədə İlham Əliyev qərar verib və əslində, o, bizim yeganə MSK-mızdır. O, bizim milli seçki bülleteninə ikicə sual yazıb: pizza sifarişi

1. Dövlət kimi mövcud olmaq istəyirsiniz?

2. Ermənistan adekvat respublikadır, yoxsa köçəri bir xalq?

Üç milyon insanın taleyi yalnız İlham Əliyevin əlindədir. Nəinki 3 milyon, hətta erməni xalqının gələcək nəsillərinin taleyi belə o adamın əlindədir. Artıq yalanlar bitdi, biz bu reallığı qəbul etməliyik. Ya yaşayırıq, ya da köçəri kimi mövcud oluruq”, - deyə o bildirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!