Overçuk Azərbaycana işgüzar səfərə gəldi

saytların hazırlanması

Evə çatdırılma

Overçuk Azərbaycana işgüzar səfərə gəldi

Siyasət

15 Aprel 2026 21:50 478


Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycana səfərə gəlib.

"Yeni Sabah" xəbər verir ki, Overçukun Bakıda keçiriləcək iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında iştirak edəcəyi bildirilir.

Məlumata görə Overçuk Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 16 apreldə keçiriləcək 24-cü iclasının tədbirlərində iştirak etmək üçün Azərbaycana işgüzar səfərə gəlib. pizza sifarişi

Overçuk və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin birgə sədrliyi ilə tərəflər 22 avqust 2025-ci ildə Həştərxanda keçirilən komissiyanın 23-cü iclasının qərarlarının icrasını, eləcə də Rusiya-Azərbaycan əməkdaşlığının əsas sahələrinin inkişafı üzrə fəaliyyət planının icrasını müzakirə edəcəklər.

"Görüş zamanı Rusiya və Azərbaycan arasında ikitərəfli və çoxtərəfli formatlarda ticari, iqtisadi, mədəni və humanitar əməkdaşlıqla bağlı geniş məsələlər müzakirə olunacaq", - Rusiya hökumətinin saytında yerləşdirilən məlumatda qeyd olunub./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!