Overçuk: Azərbaycanla əlaqələrin möhkəmliyinə heç kim şübhə etməsin

saytların hazırlanması

Evə çatdırılma

Overçuk: Azərbaycanla əlaqələrin möhkəmliyinə heç kim şübhə etməsin

İqtisadiyyat

17 Aprel 2026 12:09 556


Rusiya ilə Azərbaycan arasında ticarət-iqtisadi əməkdaşlığı arzu olunan trayektoriyaya çıxarmaq üçün bütün səyləri göstərmək son dərəcə vacibdir.

“Yeni Sabah" xəbər verir ki, bunu Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Şahin Abdullayeviçlə söhbət zamanı qeyd etdik ki, təxminən bir il yarım əvvəl baş vermiş faciəli hadisələr əlaqələrimizi zəiflədib. Bu gün itirilmiş tempi bərpa etmək və ticarət-iqtisadi əməkdaşlığı arzu olunan trayektoriyaya çıxarmaq üçün bütün səyləri göstərmək son dərəcə vacibdir. Bu isə ilk növbədə işgüzar dairələrin nümayəndələrinin vəzifəsidir”, - deyə A. Overçuk əlavə edib. Toyuqlu pizza

O, münasibətləri inkişaf etdirməyin önəmindən danışıb:

“Biz sıx əlaqələri qoruyub saxladıq və hamını buna istiqamətləndirdik ki, münasibətləri inkişaf etdirmək lazımdır. Rusiya və Azərbaycan ən yaxın qonşulardır. Münasibətlərimizin möhkəmliyinə heç kimin şübhəsi olmamalıdır. Hətta kədərli hadisələr də keçmişdə qalır və hər iki ölkənin layiq olduğu inkişaf üçün yeni imkanlar açır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!