“Övladım, ağıllı ol!” – Elnarə Abdullayeva canlı efirdə əsəbiləşdi

saytların hazırlanması

Evə çatdırılma

“Övladım, ağıllı ol!” – Elnarə Abdullayeva canlı efirdə əsəbiləşdi

Şou

07 Aprel 2026 15:53 366


Elnarə Abdullayeva ünvanına səsləndirilən tənqidə münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, Əməkdar artist son günlər sosial şəbəkələrdə açıq-saçıq fotolar paylaşan xanımlara irad tutduğu üçün müzakirə obyektinə çevrilib. 

Onu tənqid edənlər arasında modelyer Aynur Xəlilova da yer alıb. O, paylaşımında Mədəniyyət Nazirliyə müraciətlə "ən əxlaqlı, namuslu ailə həyatı, ərinin arvadı" üçün orden təsis etməyi xahiş edəcəyini yazıb. Dominos pizza

Elnarə Abdullayeva “İncə Səhər” verilişində səsləndirilən fikirlərə cavab verib. Müğənni tənqidçilərinə səslənərək bildirib ki, danışmazdan əvvəl kim haqqında fikir söylədiklərinə diqqət etsinlər:

“Övladım, ağıllı ol. Danışmazdan əvvəl görün kim haqqında danışırsınız. mən respublikanın Əməkdar artistiyəm”.

Qeyd edək ki, məsələ sosial şəbəkələrdə müzakirə olunmaqda davam edir.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!