Övladları birinci sinfə gedəcək valideynlərin   NƏZƏRİNƏ

saytların hazırlanması

Evə çatdırılma

Övladları birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

Sosial

14 Aprel 2026 18:31 488


Birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində Bakı və Sumqayıt şəhərlərində yaşayan, övladları birinci sinfə gedəcək valideynlərin mikroərazilər üzrə ünvanlarının dəqiqləşdirilməsi ilə bağlı müraciətlərinin qəbulu müddəti 15 aprel, saat 18:00-da yekunlaşır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, vətəndaşlar bu müddət ərzində daimi qeydiyyat ünvanının dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı dislokasiyada olmayan valideynlər 15 aprel saat 18:00-dək Bakı şəhəri üzrə 5, 6, 7 saylı və Sumqayıt şəhər 2 saylı "ASAN xidmət" mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşa bilərlər. pizza sifarişi

Qeyd edək ki, bugünədək Bakı şəhəri üzrə ümumilikdə 230, Sumqayıt şəhəri üzrə isə 32 valideyn mikroərazilər üzrə ünvanlarının dəqiqləşdirilməsi ilə bağlı müraciət edib.

Ətraflı:

https://baku.edu.gov.az/az/page/9/7959

https://sumgayit.edu.gov.az/az/page/15634/77281


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!