Övladlığa götürüldüyünü öyrənən oğlan evdən qaçdı

saytların hazırlanması

Evə çatdırılma

Övladlığa götürüldüyünü öyrənən oğlan evdən qaçdı

Hadisə

16 Sentyabr 2019 13:38 885


Bakının Sabunçu rayonunda xoşbəxt sonluqla bitən xoşagəlməz hadisə baş verib. Belə ki, 17 yaşlı Şahin Rəhimov avqustun 11-də sözügedən ərazidə itkin düşüb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Oxu.Az-a Sabunçu Rayon Polis İdarəsindən məlumat verilib.

Ş.Rəhimovun qəflətən itkin düşməsini Bakı Şəhər Prokurorluğunda araşdırmağa başlayıblar. Pepperoni pizza

Avqustun 23-də şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi açılıb və itkin düşmüş şəxsin axtarışını təmin etmək üçün sənədlər rayon polis şöbəsinə təhvil verilib.

Axtarışlara başlayan 12-ci Polis Bölməsinin əməliyyatçıları sentyabrın 15-də itkin düşən şəxsi Sumqayıtda tapıblar. Xoşbəxtlikdən valideynlərin oğlunun qaçırılması ilə bağlı şübhələri təsdiqini tapmayıb. Məlum olub ki, Ş.Rəhimov anasına qəzəbləndiyi üçün evdən qaçıb. 

Belə ki, qadın oğluna onun doğma övlad olmaması və övladlığa götürülməsi ilə bağlı sirri açıb. Bu etiraf gənci şoka salıb və o, evdən qaçıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!