AVRO-2020-nin seçmə mərhələsindəki iki oyunun stadionu dəyişdirildi
Futbol üzrə Azərbaycan milli komandasının 2020-ci il Avropa çempionatının seçmə mərhələsindəki ev oyunlarından ikisinin stadionu dəyişdirilib.
“Yen Sabah” xəbər verir ki, iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya ilə nəzərdə tutulan qarşılaşmalar "Bakcell Arena"da təşkil olunacaq. Bu addım atılarkən mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyunu, həmin qarşılaşmaya hazırlıq prosesi, final matçı başa çatdıqdan sonra stadionun digər oyunlara hazırlanması üçün tələb olunan vaxt nəzərə alınıb. pizza sifarişi
Telegram kanalımız