“Oyunumuzu faciə hesab edə bilərəm” – Baş məşqçi

saytların hazırlanması

Evə çatdırılma

“Oyunumuzu faciə hesab edə bilərəm” – Baş məşqçi

İdman

17 Aprel 2019 16:31 1104


Serbiya yığması ilə keçirilmiş yoldaşlıq oyunundan sonra futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva AFFA-nın rəsmi saytına açıqlama verib. 

“Yeni Sabah” xəbər verir ki, braziliyalı mütəxəssis 5:7 hesablı məğlubiyyəti şərh edərkən birinci hissəni faciə hesab etdiyini söyləyib: “Birinci hissədə çox pis oynadıq. Hətta oyunumuzu faciə də hesab edə bilərəm. Futzalçılarda istək var idi, ancaq oyuna konsantrasiya ola bilmirdik. İntizamsızlıq, çoxlu səhvlərə yol verməyimiz rəqibin ardıcıl qollar vurmasına şərait yaratdı. Fasilədə uşaqlardan sakitləşməyi, tapşırıqları yerinə yetirməyi tələb etdim. Nəticədə ikinci hissədə tam fərqli oynadıq. Qapıçını meydan oyunçusu ilə əvəzlədik. Bu taktika üzərində demək olar, hər məşqdə işləyirik”.

Rəqiblərindən də danışan baş məşqçi onların güclü və istəkli olduqlarını vurğulayıb:  Dördpendirli pizza

“Serbiya yığması da çox istəkli idi. Xüsusilə birinci oyundakı məğlubiyyətdən sonra bu dəfə qarşılaşmaya 200 faiz köklənmişdilər. Azarkeşlərini sevindirmək istəyirdilər. Rəqibimiz kifayət qədər güclü, intizama riayət edən, fiziki, taktiki-texniki cəhətdən seçilən, əla kollektivə malik komandadır. Ümumi götürdükdə 10 günlük toplanışdan və oyunlar keçirməyimizdən razı qaldım. Ancaq bununla kifayətlənmək olmaz. Bizi oktyabrda rəsmi görüşlər gözləyir. Ona qədər bir neçə toplanış təşkil etməli, yoldaşlıq oyunları keçirməliyik”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!