“Öz aralarında dava salıb bir-birilərinə ziyan vurmaqla...” - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Öz aralarında dava salıb bir-birilərinə ziyan vurmaqla...” - Deputat

Xalqın səsi

24 Aprel 2019 02:48 1118


“Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Bu mövqe dəyişməz olaraq qalır. Dövlətimiz ya sülh, ya da hərbi yolla bu məsələni həll edəcək”. 

“Yeni Sabah” xəbər verir ki, bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib. 

 S.Novruzov bildirib ki, Azərbaycan bir sıra beynəlxalq təşilatlarla fəal əməkdaşlıq edir. Onun sözlərinə görə, bəzi qüvvələr ölkəmizin beynəlxalq nüfuzuna kölgə salmağa çalışır. Dördpendirli pizza

“Anti-Azərbaycan qüvvələr başqa-başqa fikirlər ortaya ataraq, xaricdə və daxildə ölkəmizə qarşı çalışan qüvvələr müxtəlif fikirlərlə xalqı çaşdırmağa çalışırlar. Bilirsiniz ki, ölkəmizdə mühüm islahatlar aparılır. Azərbaycanda həyata keçirilən  islahatlar həmin qüvvələri narahat edir. Onlar bu və ya digər şəkildə uğurlara kölgə salmağa çalışırlar. Hətta öz aralarında dava salıb bir-birilərinə ziyan vurmaqla bunu da hakimiyyətin üzərinə atmağa çalışırlar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!