“Öz içərimizdən olan bəzi nadürüstlər, yaramazlar maneçilik törətdi” - Məşhur YAP-çı

“Öz içərimizdən olan bəzi nadürüstlər, yaramazlar maneçilik törətdi” - Məşhur YAP-çı

Siyasət Veb saytların hazırlanması

20 Noyabr 2023 20:26 971


"Dəyərli dostlar! Yeni Azərbaycan Partiyasının yaranmasının 31illiyini sabah qeyd edirik. Partiyamızın sədri cənab Prezidentimiz, Ali baş Komandan İlham Heydər oğlu başda olmaqla bütün YAP üzvülərini, səmimi qəlbdən təbrik edirəm!".

Yenisabah.az xəbər verir ki, bunu YAP-çı sabiq deputat və icra başçısı Musa Musayev qeyd edib.

Sabiq deputat sözlərinə belə davam edib:

"Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin İqtidar Partiyası olaraq hakimiyyətdə olacaq. YAP-a alternativ Partiya yoxdur və olmayacaq!!! Bir qədər də keçmişə səyahət edək:

YAP Nəsimi rayon təşkilatı Respublikada ilk yaranan təşkilatlardan biri olub. Biz ilk iclasımızı (hələ YAP təsis konfransını keçirməmişdi, hazırlıq işləri görülürdü) 14 Noyabr 1992 - ci ildə, Hacıbala Abutalıbovun, Əli Nağıyevin, Fərəməz Maqsudovun, Məzdək Hüseynovun,( bu insanları mən 1992-ci ilin Aprel ayından tanıyırdım, Milli Məclisin qarşısında keçirilən “Yaş senzi mitinqlərindən, 128-ci maddənin 2-ci bəndi, Heydər Əliyevin əleyhinə yönələn) iştirakı ilə Tibb Universitetinin Farmakologiya kafedrasında, mənim qohumum rəhmətlik Qafil müəllimin və adaşım Musa müəllimin otağında keçirdik. 9 nəfərdən ibarət Müvəqqəti Təşkilat Komitəsi yaratdıq və sədr mən seçildim .

21 Noyabr 1992-ci ildə YAP Naxçıvan şəhərində Təsis Konfransını keçirtdi və 19 Dekabrda Ədliyyə Nazirliyində qeydiyyatdan keçdi. Fevral 1993-cü ildə Heydər Əliyev Bakıya qardaşı Akademik Həsən Əliyevin yas mərasiminə gəldi. İki gün sonra Bakı şəhərinin 11 rayon sədrini, Sumqayıt şəhəri və Abşeron rayon YAP sədrləri ilə Montində, indiki Vergilər departamentində görüş keçirdi. İlk sözü YAP Nəsimi rayon təşkilatının sədri kimi mənə verdi. Digər çıxışçılardan sonra Heydər Əliyev yekun çıxış etdi və bizə tapşırıqlar verdi. İclasdan sonra məni qəbul etdi və dedi: "Musa, YAP Nəsimi rayon təşkilatında üzvülərin sayı çoxdur (1743 nəfər üzvümüz vardı , 3 ay ərzində) mən sənin Nəsimi rayon təşkilatının konfransında iştirak edəcəm, hazırlaş!".

Təəssüf hissi ilə qeyd edim ki, konfransın keçirilməsinə və Heydər Əliyevin iştirakına qısqanclıqla yanaşan, öz içərimizdən olan bəzi nadürüstlər, yaramazlar maneçilik törətdi ….

Sonra hər şey öz axarıyla getdi. 1992 - 1993-cü illər ərzində mənim YAP-a üzv qəbul etdiyim şəxslərdən 11 nəfər 30 illiyimizdə Orden və Medallarla təltif olundular, o cümlədən mən də YAP-dakı fəaliyyətimə görə cənab sədrimiz, Prezidentimiz tərəfindən "Tərəqqi" medalına layiq görüldüm!…".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!