“Güney azərbaycanlı fəallarla bağlı xəbərlər eşidəndə bir tərəfdən fəxr edirik ki, xalqımızın cəsarətli insanları var və millətin hüquqları yolunda mübarizə aparırlar. Digər tərəfdən həmin insanlar təzyiqlərə məruz qaldığı üçün narahatlıq keçiririk. Abbas Lisani ilə əlaqəli xəbərlər də narahatedicidir”.
“Yeni Sabah” xəbər verir ki, bunu Milli Strateji düşçüncə Mərkəzinin sədri İsa Qəmbər deyib. O bildirib ki, İran hakimiyyəti insanlarla bu cür rəftar etməməlidir:
“Onlar açıq-aydın hədə qorxu gəlirlər ki, Abbas Lisanini öldürüb cənazəsini sizə verə bilərik. Öz vətəndaşına qarşı bu dərəcədə qəddarlıq, sərt münasibət yolverilməzdir. Biz bütün insaların, o cümlədən Güney Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarını müdafiə etməyə hazırıq və buna davam edirik. İrandakı hakimiyyət dairələri dərk etməlidirlər ki, insanlarla bu cür rəftar etməyin axırı yoxdur. Əvvəl-axır bu davranışdan əl çəkməyə məcbur olacaqlar. Biz İran hakimiyyətindən Abbas Lisani və digər siyasi məhbusların azad edilməsini tələb edirik. Bu məsələ daim diqqət mərkəzində olacaq”. Sezar pizza
Qeyd edək ki, tanınmış güney azərbaycanlı fəal Abbas Lisani bir müddət öncə İran Azərbaycanının məşhur musiqi müəllimi Həsən Dəmirçinin Təbrizdəki dəfn mərasimində söylədiyi nitq səbəbilə mühakimə edilib. Yanvarın 15-də Təbriz Məhkəməsində mühakimə olunduqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən oğurlanaraq Ərdəbilə aparılıb. O hazırda Ərdəbil zindanının karantin bölümündə qeyri-müəyyən vəziyyətdə saxlanılır.
Telegram kanalımız