Özal və Ecevitin partiyaları Ərdoğanı dəstəkləyəcək 

saytların hazırlanması

Evə çatdırılma

Özal və Ecevitin partiyaları Ərdoğanı dəstəkləyəcək 

Siyasət

09 Mart 2023 14:50 744


Türkiyədə seçkilər yaxınlaşdıqca siyasi qüvvələrin konsolidasiyası prosesi sürətlənir. 

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin sabiq prezidenti Turqut Özalın qurucusu olduğu Ana Vətən Partiyası (ANAP) və mərhum Türkiyə baş naziri Bülent Ecevitin yaratdığı Demokratik Sol Partiyanın (DSP) "Cümhur İttifaqı"na daxil olacağı və seçkilərdə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyi barədə məlumatlar yayılıb. 

"Cümhur İttifaqı"na hazırda AKP, Dövlət Bağçalının lideri olduğu Milliyyətçi Hərəkat Partiyası (MHP), rusiyameyilli avrasiyaçı siyasətçi Doğu Perinçekin Vətən Partiyası və mərhum Muhsin Yazıcıoğlunun Böyük Birlik Partiyası (BBP) daxildir.  Dominos pizza

Qeyd edək ki, hazırda ANAP və DSP qurucu liderlərinin sağlığındakı qədər siyasi reytinqə malik deyil və onların səsi 1 faizdən aşağıdır. ANAP 2009-cu ildə özünü buraxmış, 2011-ci ildə yenidən fəaliyyətə başlamışdır./Modern.az  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!