Özbəkistan prezidenti Azərbaycana səfər edəcək

saytların hazırlanması

Evə çatdırılma

Özbəkistan prezidenti Azərbaycana səfər edəcək

Dünya

06 Fevral 2019 18:19 1193


Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək. Bu barədə Özbəkistanın "UPL 24" informasiya saytı məlumat verib.

Səfərin dəqiq tarixi açıqlanmasa da, yaxın vaxtlarda baş tutacağı bildirilir.

Qeyd olunur ki, qarşıdakı səfər haqqında məlumatı bu ölkədə səfərdə olan Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev də təsdiq edib. Ş.Mustafayevin səfərlə bağlı məsələləri Özbəkistan Baş nazirinin müavini Elyor Qaniyevlə müzakirə etdiyi deyilir. pizza

Görüşdə E.Qaniyeb deyib ki, Özbəkistan tərəfi Azərbaycanla iqtisadi münasibətlərin daha da yaxşılaşacağına ümid edir.

Trend

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!