Özbəkistan prezidenti azərbaycanlı nazirlərlə görüşdü 

saytların hazırlanması

Evə çatdırılma

Özbəkistan prezidenti azərbaycanlı nazirlərlə görüşdü 

Siyasət

02 Avqust 2022 15:05 948


“Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin qəbulunda olduq, dövlət başçısı İlham Əliyevin salamlarını çatdırdıq”.

Yenisabah.az xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” hesabında yazıb.

“Görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın, iqtisadi-ticarət əlaqələrinin, sənaye və kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin, yaradılacaq Birgə İnvestisiya Fondunun qarşılıqlı investisiyaların cəlb edilməsində əhəmiyyəti vurğulandı. Azərbaycan və Özbəkistan prezidentlərinin siyasi iradəsi və dostluq münasibətləri əməkdaşlığımızın inkişafı üçün möhkəm zəmin yaradır”, - deyə nazir bildirib. pizza

Qeyd edək ki, görüşdə Mikayıl Cabbarovla yanaşı, xarici işlər naziri Ceyhun Bayramov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev də iştirak ediblər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!