Özbəklər “Tağıyev” filmini bəyəndi

saytların hazırlanması

Evə çatdırılma

Özbəklər “Tağıyev” filmini bəyəndi

Mədəniyyət

15 Noyabr 2025 14:14 634


Noyabrın 14-də Daşkənd şəhərinin məşhur "Panoramafilm" kinoteatrında “Tağıyev: Neft” filminin xüsusi nümayişi təşkil olunub.

“Yeni Sabah” xəbər verir ki, tədbirdə Azərbaycan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın mədəniyyət nazirləri, həmçinin bu ölkələrin kino agentliklərinin rəhbərləri və paytaxt ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə film haqqında məlumat verilib. Bildirilib ki, ekran işi Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınıb. Bu, məşhur azərbaycanlı neft milyonçusu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin (1838-1924) həyat yoluna həsr olunan çoxseriyalı “Tağıyev” filminin ilk seriyasıdır. Pepperoni pizza

Filmdə XIX əsrin sonları – XX əsrin əvvəllərində Bakıda və ölkəmizin regionlarında baş verən mühüm tarixi hadisələrə də toxunulur.

Ekran əsərinin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim, bəstəkarı Etibar Əsədlidir.

Xalq artistləri Pərviz Məmmədrzayev (Tağıyev), Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov və Natəvan Hacıyeva daxil olmaqla peşəkar aktyor heyəti filmdə rol alıb.

Diqqətə çatdırılıb ki, "Tağıyev" filmləri eyni zamanda kinoteatrların nümayiş göstəricilərinə əsasən reytinq liderliyini qoruyur və artıq bir çox mükafatlara layiq görülüb. Hazırda filmin xarici ölkələrdə, o cümlədən Mərkəzi Asiya respublikalarında yayımı ilə bağlı danışıqlar aparılır.

Sonra film nümayiş etdirilib, tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!