Özdağ Kılıçdaroğlunun qəbuluna gəldi

saytların hazırlanması

Evə çatdırılma

Özdağ Kılıçdaroğlunun qəbuluna gəldi

Siyasət

19 İyun 2023 16:10 811


Türkiyədə Zəfər Partiyasının sədri Ümit Özdağ Cümhuriyyət Xalq Partiyasının (CHP) qərargahına baş çəkib. 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, burada o, CHP sədri Kemal Kılıçdaroğlu ilə 45 dəqiqəlik qapalı görüş keçirib. 

Görüşdə CHP sədrinin müavini və partiyanın baş katibi, eləcə də sözçü iştirak edib.  Marqarita pizza

"Seçkilərdən sonra bir dəyərləndirmə aparmaq imkanımız olmadı. Ona görə keçən həftə randevu istədim. Gözəl keçdi, təşəkkür edirəm", - Özdağ qeyd edib. 

Xatırladaq ki, seçkilərin ikinci turunda Zəfər Partiyası Kılıçdaroğlunun prezidentliyə namizədliyini müdafiə edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!