Özü məzara, ailəsi isə bu evə sığdı: Səhid ailəsindən müraciət - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Özü məzara, ailəsi isə bu evə sığdı: Səhid ailəsindən müraciət - Fotolar

Xalqın səsi

26 İyul 2021 11:06 11998


2015-ci ildə Füzuli rayonunun Alxanlı kəndində şəhid olan Müddətdən Artıq Xidmət Edən (MAXE) hərbi qulluqçu Babaşov Nizami Şəmil oğlunun ailəsi acınacaqlı durumdadır.

Bu haqda “Yeni Sabah” mərhumun həyat yoldaşı Babşova Gülnar Tofiq qızı məlumat verib. O, bildirib ki, Nizami hərbi xidmətdə olduğu və maddi imkanı az olduğundan ailənin yaşaması üçün normal evi olmayıb. Füzuli rayonunun Araz-Zərgər kəndində çiy kərpicdən tikilmiş, fotolarda gördüyünüz evdə yaşamaq məcburiyyətində qalıblar: 

“Nizami şəhid olandan sonra bir neçə il bu vəziyyətdə yaşadıq. Amma sonradan hər yağış yağdıqca ev daha da dağılmağa başladı və burada yaşamaq mümkün olmadı. İki azyaşlı uşaq var. Onları burada böyütmək mümkün deyildi. Ona görə də atamın himayəsində yaşamağa məcbur olmuşam. Amma bu həyət həyat yoldaşımın yurdudur. Orada  ev tikilməsi üçün ölkə rəhbərliyinə, Mehriban xanım Əliyevaya müraciət edirəm ki, mənə kömək etsinlər”. Sezar pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!