“Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlunun Yeni İpək Yolu ilə bağlı göstərdiyi xəritə çox mənfi nəticələr doğura bilər”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Qabil Hüseynli deyib.
Analitik məlum hadisənin sosial şəbəkələrin Türkiyə və Azərbaycan seqmentində yaratdığı etirazlara münasibət bildirib. Dominos pizza
Q.Hüseynlinin fikrincə, logistikadan və kommunikasiyadan təsəvvürü olmayan adamın belə bir layihəni qabartması, tarixi İpək Yolunu təhrif edərək, tamamilə başqa səmtə yönəltməsi onun proseslərə tam hakim olmaması və bu məsələdə “peşka” olmasından xəbər verir:
“Artıq Azərbaycan-Türkiyə və digər türkdilli respublikalar Yeni İpək Yolunun çəkilməsi ilə bağlı çalışmalara başladığı bir zamanda CHP sədri tərəfindən belə bir sərsəm ideyanın söylənilməsi sözün həqiqi mənasında çox gülməlidir. Bu adamın Türkiyənin problemlərindən xəbəri yoxdur, üstəlik, Türkiyənin maraqlarından daha çox kosmopolit maraqlara xidmət etmək niyyətindədir. Əlbəttə ki, belə adamların hakimiyyətə gəlməsi fəlakətli ola bilər və güman edirəm ki, gəlməyəcək”.
“Bu adam başa düşmür ki, tarixi İpək Yolu artıq çəkilib və bunun üçün ən azı 30 milyard dollar sərf edilib. Ona görə də velosipedi yenidən ixtira etməyə çalışmaq çox gülüncdür və bu, Kılıçdaroğlunun siyasi naşılığını sübut edir”, - müsahibimiz əlavə edib.
Siyasi təhlilçi iddia edib ki, onun məsləhətçilərindən birinin erməni əsilli Ali Babacanın olması bir daha təsdiq edir ki, bunlar Türkiyə maraqlarına xidmət etmək niyyətində deyillər:
“Bunlar diletantdırlar, komanda kimi təşkil olunmayıblar və xaricin sifarişləri ilə işləyib Türkiyəni fəlakətli bir duruma sala bilər. Ona görə də türk xalqı belə diletantlara qətiyyən səs verməməlidir və əminəm ki, səs verməyəcəklər”.
“Yenə deyirəm, “Millət İttifaqı”nda uydurma bir adla DEVA Partiyasını quran Ali Babacan erməni mənşəlidir. Özü də bu adam anti-Azərbaycan mövqeyindədir. Kılıçdaroğlunun özünün də təmiz türk olmasına dair ciddi şübhələr var. Onun daha çox kürd meylli olması da bunu təsdiq edir. Ona görə də bu cür kosmopolit adamların söylədikləri xəyaldan başqa bir şey deyil və iflasa məhkumdur”, - o, fikirlərini tamamlayıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız