“Özüm də illərlə nəşə çəkmişəm...” –   Elinanın anası

saytların hazırlanması

Evə çatdırılma

“Özüm də illərlə nəşə çəkmişəm...” – Elinanın anası

Sağlamlıq

02 Oktyabr 2019 16:57 4354


162 nömrəli məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar cəhdi nəticəsində faciəli ölümü hələ də sosial şəbəkələrdə müzakirə olunur.

“Yeni Sabah” 1news.az-a istinadən xəbər verir ki, bu dəfə qızın anası Sevil Hüseynovaya aid olduğu iddia olunan səsli mesaj diqqət mərkəzindədir.

Səs yazısı Elinanın rəfiqəsi olan Zulyanın anası Leyla Şirinova tərəfindən yayılıb. pizza hut

Qabaqcadan qeyd edirik ki, bu informasiyanı təqdim etməkdə məqsədimiz heç də Elina Hacıyevanın anasını ləkələmək deyil. Çünki onun keçmişinin qızın faciəli ölümünə və hazırda davam edən məhkəmə prosesinə heç bir aidiyyatı yoxdur.

Belə ki, S.Hüseynova səs yazısında qızının narkotiklərdən istifadə etmiş olması ehtimalını qəti şəkildə rədd edir və özünün də onlardan vaxtilə istifadə etdiyini deyir:

"Elina nəşə çəkə bilməzdi. Çəkmiş olsaydı, evə gələn kimi, bunu hiss edərdim, çünki özüm də illərlə nəşə çəkmişəm və simptomlarını bilirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!