“Özüm tək Ağdama gedəcəm” - Aqil Abbas

saytların hazırlanması

Evə çatdırılma

“Özüm tək Ağdama gedəcəm” - Aqil Abbas

Maraqlı

23 İyul 2020 16:14 1258


“Bu günü qeyd etmək özünü vətəndaş hesab edən hər kəs, xüsusilə qarabağlılar üçün çətindir. Çünki düz 27 il əvvəl bu gün mənfur ermənilər Ağdamı işğal etdilər. Hətta bununla kifayətlənməyib vandalizm törətdilər.  İndi isə Ağdamda oturub, Tovuza iddia edirlər...”

Yenisabah.az xəbər verir ki, bu sözləri millət vəkili, “Ədalət” qəzetinin təsisçisi Aqil Abbas Ağdamın işğalı barədə “Sherg.az”a danışarkən deyib. Aqil Abbas qələbə gününə çox az qaldığını vurğulayıb:

“Mən sizə söz verirəm, gələn ildən etibarən il saymayacağıq. Heç kim getməsə də, özüm tək gedəcəm. Lap eyni ilə “Dolu” filmində olduğu kimi tarixi, ata-baba torpaqlarımıza, illərdir həsrətində olduğum Ağdama ayaqyalın addım atacam. Söz verirəm, söz!”. pizza mizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!