“Özümü UFC-də sınamaq istərdim” - İdmançımız

saytların hazırlanması

Evə çatdırılma

“Özümü UFC-də sınamaq istərdim” - İdmançımız

İdman

22 Aprel 2019 16:36 910


Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Nəriman Abbasov “Fight Night Global” beynəlxalq MMA təşkilatının çempionu adı uğrunda mübarizə aparacaq. 

“Yeni Sabah” xəbər verir ki, yüngül çəki dərəcəsində çıxış edən idmançımız kəmər uğrunda döyüşdə qazaxıstanlı Kuat Xamitovla üz-üzə gələcək. Abbasov döyüşə hazırlıq barədə klubun saytına açıqlama verib:

“Fight Night”ın çempionluq kəməri uğrunda döyüşə hazırlaşıram. Hazırlıq prosesi baş məşqçim Şəhriyar Abbasovun rəhbərliyi altında gerçəkləşdirirəm. Məşq prosesi yüksək səviyyədə, planlı şəkildə davam edir”.  Marqarita pizza

Nəriman titul qazanmağın vacibliyini də vurğulayıb: “Mənim üçün çox vacib döyüşdür. Bu, həyatımın ən vacib yarışıdır. Neçə illərdir buna görə məşq edib çalışırıq. Düzdür, artıq bir dəfə - 2016-cı ildə kəmər uğrunda döyüşmüşəm. Amma onda istəyimə çata bilmədim. Bu dəfə isə qalib gəlmək lazımdır”.

O, gələcək planlarından danışarkən  kəmər qazandıqdan sonra UFC-də özünü sınamaq  istədiyini qeyd edib:  

“Kəməri qazandıqdan sonrakı planlar UFC ilə bağlıdır. Özümü bu nüfuzlu yarışda da sınamaq istəyirəm. Bu ilin yanvarında Tailandda toplanışda oldum. Həmin vaxt UFC-də döyüşən idmançılarla məşq keçir, sparrinq döyüşlər edirdik. Onlar da bizim kimi idmançılardır. Hətta UFC təmsilçilərini üstələyirdim. Yarışın nüfuzlu olması o demək deyil ki, oradakı idmançılar daha güclüdürlər. Amma öncə “Fight Night”ın kəməri qazanmaq lazımdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!