Özünü bank əməkdaşı kimi təqdim edən şəxs   görün nə etdi?!

saytların hazırlanması

Evə çatdırılma

Özünü bank əməkdaşı kimi təqdim edən şəxs görün nə etdi?!

Kriminal

16 Aprel 2026 12:58 463


Özünü bank əməkdaşı kimi təqdim edərək kartdan pul oğurlayan şəxs saxlanılıb.

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Paytaxt sakini olan bir nəfər polisə müraciət edərək bank kartından 400 manatının oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 42 yaşlı İ.Tahirov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, zərərçəkənə zəng edərək özünü bank əməkdaşı kimi təqdim edib. Daha sonra kartda texniki problem olduğunu bildirərək qarşı tərəfin hesabında olan pul vəsaitini oğurlayıb.  Toyuqlu pizza

Araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!