Özünüməşğulluq hər il 7-8 min ailəni əhatə edir

saytların hazırlanması

Evə çatdırılma

Özünüməşğulluq hər il 7-8 min ailəni əhatə edir

Sosial

31 Yanvar 2019 16:04 843


Özünüməşğullluq proqramının əhatə dairəsi 2018-ci ildə əvvəlki illə müqayisədə 6 dəfədən çox genişləndirilib. 

“Yeni Sabah” xəbər verir ki, ötən il proqrama müraciət edənlərdən 7296 nəfər təlim kurslarından keçərək biznes-planlarını müdafiə ediblər. Onlardan artıq 5500-nə aktivlər təqdim olunub. 

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlət televiziyasına müsahibəsində bildirib. pizza hut

Nazir aktivlərin verilməsi prosesinin davam etdirildiyini, hər həftə təqribən yüzədək şəxsə aktivlər verildiyini deyib. Proqrama cəlb olunanlar arasında həssas qruplardan olanların üstünlük təşkil etdiyini bildirən S.Babayev qeyd edib ki, özünüməşğulluq  proqramı ildə 7-8 min ailəni əhatə edir. Bu da faktiki olaraq ildə 7-8 min mikro müəsissənin və təsərrüfatın yaradılması deməkdir. 2019-cu ildə də özünüməşğulluq  proqramına  7-8 min ailənin cəlb edilməsi nəzərdə tutulur.

S.Babayev il ərzində aktivlərin verilməsi prosesinin ardıcıl şəkildə davam edəcəyini diqqətə çatdırıb. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!