Özünüzü qocaltmayın! “FaceApp” şəxsi məlumatlarınızı ələ keçirir və... - İddia

saytların hazırlanması

Evə çatdırılma

Özünüzü qocaltmayın! “FaceApp” şəxsi məlumatlarınızı ələ keçirir və... - İddia

Rəqəmsal

17 İyul 2019 12:00 1243


Son günlər özünü qocaltmaq trendi ilə ölkəmizdə də gündəmə gələn “FaceApp” adlı proqramla bağlı maraqlı iddialar yayılıb.

“Yeni Sabah” xarici mediaya istinadən yazır ki, rusların inkişaf etdirdiyi bu proqramın istifadəçilərin bir çox şəxsi məlumatlarından öz yararı üçün istifadə etdiyi iddia olunur.

Bildirilir ki, bu proqramı telefonunuza yükləyəndə artıq avtomotik olaraq sizə aid məlumatları bölüşmüş olursunuz. “FaceApp” əldə etdiyi məlumatları  başda reklam şirkətləri olmaqla əməkdaşlıq etdiyi bir çox şirkət və təşkilatla paylaşır. Buraya sizin şəxsi fotolarınız, telefonunuzdakı nömrələr, ən çox axtarış etdiyiniz mövzular – bir sözlə telefonunuzdakı hər şey daxildir. “FaceApp” öz razılaşma protokollarında da bunları açıq şəkildə ifadə edib.

Sabrina

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!