Pakistan baş naziri Azərbaycan Prezidentinə təşəkkür etdi

saytların hazırlanması

Evə çatdırılma

Pakistan baş naziri Azərbaycan Prezidentinə təşəkkür etdi

Siyasət

26 Noyabr 2022 17:34 1169


Pakistan Baş naziri Şahbaz Şərif düyü idxalının beş il müddətinə vergidən azad edilməsinin təsdiqlənməsi səbəbilə Azərbaycan Prezidentinə təşəkkür edib.

Yenisabah.az xəbər verir ki, səfir bu barədə “Twitter” hesabında paylaşım edib.

“Azərbaycan Prezidenti İlham Əliyevə Pakistan düyüsünün idxalının beş il müddətinə vergidən azad edilməsinin təsdiq edilməsinə görə təşəkkür edirəm. İki qardaş ölkə Qvadar limanının avtomobil, dəmiryolu və liman sistemləri vasitəsilə iqtisadi əməkdaşlığın və kommunikasiyaların inkişaf etdirilməsi üzərində çalışacaq”, - deyə o, paylaşımında qeyd edib. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!