Pakistan Baş naziri Türkiyəyə gedir

saytların hazırlanması

Evə çatdırılma

Pakistan Baş naziri Türkiyəyə gedir

Dünya

30 May 2022 17:20 946


Sabah Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin başçılıq etdiyi nümayəndə heyəti Türkiyəyə rəsmi səfər edəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

3 günlük səfər çərçivəsində Baş nazirin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü nəzərdə tutulub. Bunun ardınca nümayəndə heyəti səviyyəsində danışıqlar aparılacaq. Pepperoni pizza

2 lider Pakistan-Türkiyə ikitərəfli münasibətlərinin bütün istiqamətlərini əhatə etməklə yanaşı, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Hər iki lider görüşlərdən sonra birgə mətbuat konfransında çıxış edəcək. Prezident R.T.Ərdoğan Baş nazirin şərəfinə şam yeməyi verəcək.

Bu Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Türkiyəyə ilk rəsmi səfəridir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!